A24 Xeber

Tramp ağzından söz qaçırtdı: Suriyada 300 rus əsgərini öldürdük

Tramp ağzından söz qaçırtdı: Suriyada 300 rus əsgərini öldürdük
41
31 May 2018 - 12:21

ABŞ prezidenti Tramp fevral ayında Suriyada Amerika əsgərlərinin də olduğu PKK hərbi şəhərciyinə hücum edən rusları vurduqlarını açıqlayıb.

“A24.az” “yeniakit.com.tr”yə istinadən xəbər verir ki, TrampSuriyada həyata keçirilən əməliyyatın detallarını ağzından qaçırdıb. Əsəd rejiminə dəstək verən  və PKK-nın hərbi düşərgəsinə hücum edən rus əsgərlərinə qarşı havadan hücum etdiklərini deyib.

Qeyd edək ki, fevral ayında Deyrizorda Amerika əsgərlərinin də olduğu YPG/PKK-nın hərbi düşərgəsinə hücum edən qrupa qarşı ABŞ-ın həyata keçirdiyi hava hücumu əməliyyatının detalları gizli saxlanılır.

Amerika mediasına danışan Tramp mərasimdə dilinə sahib çıxa bilməyib. Tramp hücumda iştirak edən “F-18” tipli hərbi təyyarənin pilotunu tərifləyən zaman əməliyyatın təfsilatlarını ifşa edib. Həmin mərasimdə iştirak edən şəxs isə Trampın hava hücumunun 10 dəqiqə davam etdiyini və bu müddət ərzində 100-300 arasında rus əsgərinin öldürüldüyünü söylədiyini iddia edib.

Xatırladaq ki, ötən həftə “New York Times” qəzeti ABŞ əsgərləri ilə Əsəd rejimini dəstəkləyən qüvvələr arasında baş verən qarşıdurmanın 4 saat çəkdiyini və 300-ə yaxın rejim əsgərinin öldürüldüyünü iddia edib. Hücumun detalları gizli olduğu üçün Amerika hökuməti mövzu ilə bağlı açıqlama verməkdən imtina etmişdi.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00