Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb

Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb.

A24.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib.

“Bunlar əlaqələndirilmiş hərəkətlər idi. Prezident bunu bir çox ölkələrin liderləri, bizim avropalı müttəfiqlərimizlə müzakirə etdi və onları ABŞ-ın elanına (diplomatların qovulması barədə elana- red) qoşulmağa çağırdı”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Qərb ölkələri, o cümlədən ABŞ Solsberidə zəhərlənmə işi ilə bağlı Rusiya diplomatlarını öz ərazilərindən çıxardıqlarını elan ediblər. Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar