A24 Xeber

Tramp: “Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirdik”

Tramp: “Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirdik”
37
25 İyul 2018 - 18:52

ABŞ-ın keçən il beynəlxalq ticarətdəki itkiləri 817 milyard dollar təşkil edib.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində məlumat verib.

“Hər dəfə növbəti zəif siyasətçinin ticarət danışıqlarını dayandırmaq və ədalətsiz tariflərə qarşı mübarizə üçün rüsumların ləğv etmək tələbini eşidəndə öz-özümə təəccüblə fikirləşirəm ki, görəsən, onlar nə barədə düşünür? Həqiqətənmi, fəaliyyətsiz qalmağa davam edib fermerlərimizin, ölkəmizin qarət edilməsinə imkan verəcəyik? Ötən il digər ölkələrlə ticarətdə 817 milyard dollar itirmişik. Heç bir zəiflik göstərmək olmaz!”, – D.Tramp yazıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00