Tramp indi də Kanada baş naziri ilə dalaşdı: "İkiüzlü..."

Tramp indi də Kanada baş naziri ilə dalaşdı: “İkiüzlü…”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Prezidenti Donald Tramp Kanada baş naziri Castin Trüdonu sərt tənqid edib.

A24.Az xəbər verir ki, Tramp Tvitterdən yazdığı mesajda C.Trudüno ikiüzlü və zəif şəxs adlandırıb.

“Mən G7 zirvəsini tərk etdikdən sonra Castin mətbuat konfransı keçirib və ABŞ-ın ölkəsinə tətbiq etdiyi yeni gömrük vergiləri ilə bağlı danışıb. O, buna qədər zirvədə çox mədəni davranırdı. Olduqca ikiüzlü və zəif insandı. Onun yanlış sözlərinə və Kanadanın amerikalı fermerlərə tətbiq etdiyi gömrük vergilərinə görə, G7 zirvəsinin yekun bildirişini imzalamayacağam”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ötən gün Kanadada G7 ölkələrinin zirvəsi keçirilib.

Xatırladaq ki, ABŞ iyunun 1-dən etibarən Avropa Birliyi, Kanada və Meksikadan idxal etdiyi polada 25, alüminyuma isə 10 faiz əlavə gömrük vergisi tətbiq edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar