Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan etdi

Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında baş verən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

“ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət barədə bəyan edib və ştata federal yardımın verilməsi barədə sərəncam imzalayıb”, – deyə Ağ Ev bildirib.

Qeyd olunur ki, ştatda yanğın nəticəsində 500 ev və 75 tikili yararsız hala düşüb. Hal-hazırda yanğının ərazisi 19,5 min ha təşkil edir, bununla belə onun yalnız 5 faizi lokallaşdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar