A24 Xeber

Tramp Kanadanı Ağ Evi yandırmaqda ittiham etdi

Tramp Kanadanı Ağ Evi yandırmaqda ittiham etdi
22
07 İyun 2018 - 8:48

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə telefon danışığında Kanadanı 1814-cü ildə Ağ Evi yandırmaqda ittiham edib.

“A24.az” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tryudo Trampı tənqid edərək deyib ki, ABŞ milli təhlükəsizlik maraqlarının qorunması məqsədilə polad və alüminiuma rüsum tətbiq edib. Tramp isə cavab olaraq, “Məgər siz Ağ Evi yandıran öğlanlar deyilsiniz?”, – deyib.

Dövlət başçısı 1812-1815-ci illərdə baş vermiş İngiltərə-ABŞ müharibəsinə əsaslanıb. Həmin vaxtlar britaniyalılar Ağ Ev və Kapitoli də daxil olmaqla, ABŞ-ın hökumət binalarını yandırıblar. Kanada həmin illərdə Britaniyanın müstəmləkəsi idi.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00