A24 Xeber

Tramp Kim Çen Inə işarə etdi: Nüvə silahlarını ver, kürsündə qalıb ölkəni idarə et

Tramp Kim Çen Inə işarə etdi: Nüvə silahlarını ver, kürsündə qalıb ölkəni idarə et
90
20 May 2018 - 10:56

ABŞ, Yaponiya və Cənubi Koryanın nüvə silahı ilə bağlı razılığa gəldiyi bildirilir.

“A24.az” xəbər verir ki, bu barədə “CNN İnternational” müdafiə sahəsində işləyən iki amerikalı məmurun söylədiklərinə əsasən məlumat yayıb.

Məlumatda ABŞ, Yaponiya və Cənubi Koreyanın razılığa gəldiyi və ən azı iki nüvə raketi daşıyan “B-52”lərin artıq zirvə gerçəkləşənə kimi Koreya yarımadasının üzərində uçmayacağını bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə hərbi təlim keçirməsinə hirslənərək Seul hökuməti ilə görüşməyi təxirə salması, Kimin Trampla 12 iyun tarixində Sinqapurda həyata keçiriləcək tarixi görüşdən imtina edə biləcəyinin siqnalını vermişdi.

Yaşanan bu gərginlikdən, ABŞ və Şimali Koreya arasında tarixi zirvə görüşünün risk altına alınmasından sonra Vaşinqton hökuməti məşhur bombardman təyyarələri olan “B-52”lərin rotasını dəyişib.

Görüşlə bağlı açıqlama verən Tramp “İndiyə qədər bizə hər hansı söz deyilməyib. Əgər görüş olsa olacaq, olmasa biz bir sonrakı addıma keçəcəyik” deyib.

Nüvə silahlarını təslim edəcəyi halda Kimi qoruyacağına işarə edən Tramp “Çox güclü qorumaları olacaq. Edə biləcəyi ən gözəl şey anlaşmaqdır. Özü orda qalıb ölkəsini idarə edər və ölkəsi zəngin olar” ifadələrini işlədib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00