Tramp Kim Çen Inı Ağ Evə dəvət edəcək

Tramp Kim Çen Inı Ağ Evə dəvət edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir.  

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.

“Sualınızın ikinci hissəsinə cavab “bəli”dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər”, – deyə Tramp cavabında bildirib.

O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.

Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar