Tramp Kim Çen Inla görüşməyəcək

Tramp Kim Çen Inla görüşməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Şimali Koreyalılar ABŞ-ın liderləri arasında ikitərəfli sammitin hazırlanması üçün Sinqapura gəlmiş amerikalı məmurların səylərinə məhəl qoymayaraq ABŞ ilə əlaqələri dayandırıb və verdiyi vədləri yerinə yetirməyiblər.

“A24.az” bildirir ki, bu barədə Ağ Ev məlumat verib.

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla planlaşdırılan görüşü təxirə salıb.

“Reuters”də yayımlanan məlumata əsasən, Pxenyan verdiyi bir sıra vədləri pozub və ABŞ nümayəndələri ilə əlaqəni kəsib.

Bundan əlavə görüşün təxirə salınmasında Şimali Koreyanın Xarici İşlər nazirinin müavini Çxve Son Xi-nin sözləri də böyük rol oynayıb. O söyləmişdi ki, Pxenyan ABŞ-ya nüvə zərbəsi endirə bilər.

24 may tarixində Ağ Ev Trampın Kim Çen Ina məktubunu yayıb. Orada deyilir ki, Koreya tərəfinin son bəyanatlardan sonra ikitərəfli görüşün keçirilməsi yersiz hesab olunur. Tramp əlavə etdi ki, Şimali Koreya lideri ilə gələcəkdə görüşəcəyinə ümid edir və Kim Çen Ina amerikanlı girovları azad etdiyi üçün təşəkkürünü bildirir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar