Tramp Kim Çeni “dahi şəxsiyyət” adlandırdı

Tramp Kim Çeni “dahi şəxsiyyət” adlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dahi şəxsiyyət” adlandırıb.  

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.

“Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, – deyə Tramp qeyd edib.

“Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib”, – deyə D.Tramp əlavə edib.

Qeyd edək ki, tarixdə ilk ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar