A24 Xeber

Tramp KXDR-ə nüvə poliqonunu bağladığına görə təşəkkür edib

Tramp KXDR-ə nüvə poliqonunu bağladığına görə təşəkkür edib
27
13 May 2018 - 1:29

 ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib.

Ağ Ev rəhbəri bu barədə “Twitter”də yazıb.

“Şimali Koreya elan edib ki, iyunun 12-də keçiriləcək böyük sammit (Trampla KXDR lideri Kim Çen In arasında görüş) ərəfəsində bu ay nüvə poliqonunu bağlayır. Sağ olun, çox ağıllı və alicənab jestdir”, – deyə o yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim mayın 23-25-də keçiriləcək.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00