A24 Xeber

Tramp Meksikanı hədələdi

Tramp Meksikanı hədələdi
30
01 Aprel 2018 - 22:09

ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.

A24.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.

D. Tramp Meksikanın ABŞ-ın “axmaq miqrasiya qanunvericiliyi”nə güldüyünü vurğulayıb: “Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır!”.

 Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00