Tramp müttəfiqlərini təhdid etdi: ABŞ NATO-dan çıxacaq

Tramp müttəfiqlərini təhdid etdi: ABŞ NATO-dan çıxacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Donald Tramp ABŞ-ın NATO-dan çıxacağını bildirib.

A24.Az xəbər verir ki, ABŞ prezidentinin müttəfiqlərinin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə ittifaqdan çıxacağı ilə hədələdiyi iddia edilir.

Bu barədə Almaniyanın rəsmi xəbər agentliyi DPA-nın məlumat yayıb.

NATO mənbələrindən əldə edilən məlumata görə isə Trampın sərt çıxışı NATO-dakı tərəfdaşlarla keçirilən iclasda narahatlığa səbəb olduğu üçün liderlər Gürcüstan və Ukrayna ilə keçirilən toplantıya fasilə veriblər.

NATO baş katibi Jens Stoltenberq, 29 lideri növbədənkənar sessiyada bir araya gətirib.

İclas ərəfəsində sosial media hesabından bir mesaj paylaşan Tramp NATO müttəfiqlərinin müdafiə xərclərində ilkin olaraq 2% öhdəliyini dərhal qarşılamalı olduğunu bildirərək, bu həddin 4 faziə yüksəldilməli olduğunu qeyd edtmişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar