Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək

Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

Bu barədə TASS məlumat yayıb. Xəbərdə bildirilir ki, nümayəndə heyətinin tərkibində ABŞ prezidenti Donald Trampın adı yoxdur. Daha əvvəl Donald Tramp bildirib ki, ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd ediblər. “Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir”, – deyə ABŞ prezidenti bildirib. Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb. ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar