A24 Xeber

Tramp şərt qoydu: “Koreya lideri ilə görüşsək də…”

Tramp şərt qoydu: “Koreya lideri ilə görüşsək də…”
30
07 İyun 2018 - 22:54

ABŞ prezidenti Donald Тramp hesab edir ki, Şimali Koreya lideri Kim Çen Inn ilə qarşıdakı görüş üçün yaxşı hazırlanıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Yaponiyanın baş naziri Sindzo Abe ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu sammitə qədər uzun müddət hazırlaşmaq lazım olduğunu düşünmür: “Söhbət mövqedən gedir. Söhbət hər şeyi etməyə hazır olmaqdan gedir, ancaq düşünürəm ki, mən də bu zirvə çoxdan hazır idim. Düşünürəm ki, bu çox səmərəli və maraqlı görüş olacaq”, – D.Tramp qeyd edib.

Тramp həmçinin bildirib ki, Kim Çen Inn ilə qolf oynamaq niyyətində deyil.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00