A24 Xeber

Tramp: Şimali Koreya lideri Kim çox şərəfli bir insandır

Tramp: Şimali Koreya lideri Kim çox şərəfli bir insandır
39
24 Aprel 2018 - 21:15

Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı keçirən ABŞ prezidenti Donald Tramp, bir-iki ay ərzində görüşməyə hazırlaşdığı Şimali Koreya lideri Kim Çen İnn ilə bağlı bəyanatlar da verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İnn çox açıq, çox şərəfli deyə qiymətləndirərək tərifləyən Tramp, Şimali Koreya lideri ilə aralarında planlaşdırılan zirvənin mümkün olduğu qədər tez həyata keçirilməsini istədiyini deyib.

İyun ayının sonundan əvvəl bir tarixdə baş verməsi gözlənilən sammit öncəsi iki tərəf arasında çox yaxşı danışıqlar aparıldığını deyən Tramp, Kim üçün “Gördüyüm hər şeyi hərəkətlə deyirəm. O, həqiqətən çox açıq, məncə, çox şərəfli davrandı”, – deyə Tramp əlavə edib. Qeyd edək ki, Şimali Koreya lideri 27 Apreldə Cənubi Koreya lideri və sonra ABŞ prezidenti ilə iki tarixi sammitinə hazırlaşır.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00