Tramp: Suriyaya atdığımız bütün raketlər hədəfə dəyib

Tramp: Suriyaya atdığımız bütün raketlər hədəfə dəyib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp ABŞ rəhbərliyinin Suriya hücumundakı atılan bütün raketlərin hədəfləri dəqiqliklə tapdığını, heç bir mane olmadığını bildirdi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Floridada vergi islahatı mövzusunda keçirilən toplantıda danışan Tramp “Yüzdən çox raket atdıq və onlardan biri belə səhv hədəfə dəymədi”, – deyə Donald Tramp bildirib. Suriyalı və rus hərbi rəsmilərin açıqlamalarını dəyərləndirən Tramp, ABŞ hərbi rəsmilərinin ona “hər bir raketinin hədəfini tapdığını” söylədiyini bildirdi.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Suriyaya atılan 103 raketin 71-inin Suriya hava müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar