A24 Xeber

Tramp və Kim Çen In arasında görüş başa çatıb – FOTOLAR

Tramp və Kim Çen In arasında görüş başa çatıb – FOTOLAR
31
12 İyun 2018 - 9:43

Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında geniş tərkibli görüş başa çatıb. Görüş 48 dəqiqəyə yaxın davam edib

“A24.az” xəbər verir ki, təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək. Danışıqlara ABŞ-ın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılacaq. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edəcək.

Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.

Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00