Tramp və Merkel bir-birlərinə əl vermədi - VİDEO

Tramp və Merkel bir-birlərinə əl vermədi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.

A24.Az xəbər verir ki, görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını sadəcə eşitməyib. Buna baxmayaraq Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar