Tramp yenə hərəkəti ilə diqqət çəkdi - Makronun çiynindəki kəpəyi təmizlədi – VİDEO

Tramp yenə hərəkəti ilə diqqət çəkdi – Makronun çiynindəki kəpəyi təmizlədi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Hər dəfə dünya liderləri ilə görüşü zamanı qeyri-adi hərəkətləri ilə diqqət çəkən Donald Trampın bu dəfəki hədəfi Fransa prezidenti Emmanuel Makron olub.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, Tramp Makronun çiyninə düşən saç kəpəyini təmizləyib.

Bildiyimiz kimi Donald Tramp xanımı Melaniya Trampla birlikdə Ağ Evdə Fransa prezidenti Emmanuel Makronu və xanımı Brigitte Makronu təntənəli şəkildə qarşılayıb. Qarşılanma mərasimindən sonra iki ölkə başçısı Ağ Evin dairəvi ofisinə keçib. Burada ABŞ-Fransa arasındakı münasibətlərdən danışan Tramp Makrona “Hörmətli prezident, hər kəs necə də gözəl münasibətlərimizin olduğunu deyir. Bu doğrudur, yalan xəbər deyil. Sizi burda qarşılamaq bizim üçün fəxrdir. Çox özəl əlaqələrimizin olduğu düzdür” dedikdən sonra sağ əlini Makronun çiyninə atıb. Və barmağı ilə bir neçə dəfə Makronun çiyninə düşən kəpəyi təmizləyib. Kəpəyi təmizlədikdən sonra Tramp “Bir balaca kəpək var idi, onu təmizlədim. Çünki hər şeyi mükəmməlləşdirməliyik. İndi mükəmməlsən”, – deyə Makrona baxaraq gülümsəyib.

“A24.az” həmin görüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar