Trampa “iPhone” xəbərdarlığı - Eyni anda ikisini işlədir

Trampa “iPhone” xəbərdarlığı – Eyni anda ikisini işlədir
Want create site? Find Free WordPress Themes and plugins.

Ağ Ev ABŞ prezidenti Donald Trampa sonuncu dəfə xəbərdarlıq edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, “iPhone”dan istifadə etməyin böyük risk olduğunu bildirən Ağ Ev Trampın qanunlara əməl etmədiyini və təhlükəsizliyi riskə atdığını bildirilib.

Bildiyimiz kimi ABŞ prezidenti Donald Tramp “Twitter” istifadəçisidir. Hələ prezident olmazdan əvvəl də bir çox mövzudakı fikirlərini istifadıçisi olduğu tvitter hesabından paylaşırdı. Odur ki, Trampın iki “iPhone” telefonundan istifadə etdiyi ortaya çıxıb. Ağ Ev və Kəşfiyyat Xidmətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq “iPhone”dan vaz keçməyən Trampın təhlükəsizliyi riskə atdığı bildirilib.

Ağ Evin səlahiyyətli şəxslərindən biri “Tramp hazırda iki “iPhone”dan istifadə edir. Onlardan biriylə telefon danışıqları zamanı, digərindən sosial mediaya daxil olmaq üçün istifadə edir. Bu hal kamera və ya mikrafon vasitəsiylə ABŞ prezidentinin hərəkətlərinin izlənilməsinə şərait yaradır. Tramp dəfələrlə edilən xəbərdarlığı ciddiyə almayıb” deyə qeyd edib.

Qeyd edək ki, sabiq prezident Barak Obama uzun müddət “BlackBerry”dən istifadə edib. Prezidentlik vəzifəsini başa vurduqdan sonra Obama “iPhone”dan istifadə etməyə başlayıb. Lakin onun telefonundan kamera və GPS-in çıxarıldığı bildirilir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar