Trampa mesaj: Bizi parçalaya bilməyəcəksən, səndən əvvəl 6 lider cəhd etdi

Trampa mesaj: Bizi parçalaya bilməyəcəksən, səndən əvvəl 6 lider cəhd etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İranın dini lideri Ayətullah Xamanei ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla İran xalqını hökumətə qarşı çevirərək bölmək istədiyini deyib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə dini lider açıqlaması zamanı daha 6 ölkəni misal çəkib.

Açıqlamasında Xamanei “ABŞ xalqlar arasındakı anlaşılmazlıqları yumşaltmaq üçün İrana iqtisadi təzyiq etdiyini söyləyir, ancaq bu səylər boşa çıxacaq”.

ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla İran xalqını bezdirmək istədiyini açıqlayan Xamanei “Hazırkı iqtisadi təzyiqlərin məqsədi insanları bezdirməkdir. İranın irəli getməsi ABŞ-ın düşmənçiliyini artırır. Ölkəni sistemdən ayrımaq üçün iqtisadi təzyiqlər edilir, amma ondan əvvəl 6 ABŞ lideri bunu sınaqdan keçirdi və vaz keçmək məcburiyyətində qaldı” fikirlərini səsləndirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar