Trampdan Makrona: Avropa Birliyindən çıx, aramızda anlaşaq

Trampdan Makrona: Avropa Birliyindən çıx, aramızda anlaşaq
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ lideri fransalı həmkarıyla görüşü zamanı “Avropa Birliyindən niyə çıxmırsan?” sualını verərək ona ikitərəfli ticarət sazişini təklif edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, “Washington Post”un yaydığı xəbər dünya gündəmində səs-küy yaradıb.

“Washington Post”un verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın Fransa prezidenti Emmanuel Makrona Fransanın Avropa Birliyindən çıxmasını təklif etdiyi iddia edilib. Tramp Makronla görüşərkən Avropa Birliyindən ayrılacağı halda Fransanın xeyrinə ikitərəfli ticarət sazişini imzalayacağını təklif edib.

Xəbərdə Trampın həqiqətən də Makrondan “niyə Avropa Birliyindən çıxmırsan?” sualını verdiyi irəli sürülür. Bildiyimiz kimi daha əvvəl CNN Trampın Makrona Avropa Birliyinin ticarət mövzusunda Çindən belə pis olduğunu söylədiyini gündəmə gətirmişdi.

Məsələylə bağlı Ağ Ev “Washington Post”un yaydığı xəbəri təkzib etmədiyi kimi bu haqda şərh söyləməyi də rədd edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar