A24 Xeber

Trampdan Ruhaniyə sərt XƏBƏRDARLIQ: “Tarix boyu rastlaşmadığınız nəticələrlə qarşılaşacaqsınız!”

Trampdan Ruhaniyə sərt XƏBƏRDARLIQ: “Tarix boyu rastlaşmadığınız nəticələrlə qarşılaşacaqsınız!”
31
23 İyul 2018 - 10:56

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhaniyə sərt xəbərdarlıq edib.

A24.Az xəbər verir ki, Tramp Həsən Ruhanini Birləşmiş Ştatları təhdid edəcəyi halda ciddi fəsadlarla hədələyib.

O, “Twitter” səhifəsində bu barədə yazıb.

“Heç vaxt Birləşmiş Ştatları hədələməyin. Yoxsa siz bütün tarixiniz boyu rastlaşmadığınız nəticələrlə qarşılaşacaqsınız. Biz daha sizin dəli sözlərinizi, zorakılığınızı və ölümü dəstəkləyəcək ölkə deyilik”, – deyə o qeyd edib.

Ruhani İran xalqının, ölkə təhlükəsizliyi və maraqları əleyhinə təxribata boyun əyməyəcəyini dilə gətirmiş və Trampı “yalançı bir zalım” kimi səciyyələndirmişdi.

O, “Siyasətdən bir az anlayan insan İranın neft ixracınA mane olacağını deməz. Bir çox boğaz var. Hörmüz boğazı bunlardan sadəcə biridir. İranla sülh sülhlərin anası, müharibə müharibələrin anasıdır”, – deyə əlavə etmişdi.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00