Trampdan Suriya və İran mesajı: Güclü və möhkəm iz qoyduqdan sonra...

Trampdan Suriya və İran mesajı: Güclü və möhkəm iz qoyduqdan sonra…
Want create site? Find Free WordPress Themes and plugins.
“Suriyadan çıxmağı çox istəyirəm, tezliklə evə qayıdacağıq. Güclü və möhkəm iz qoyduqdan sonra Suriyadan çıxacağıq”.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronu qəbul edərkən deyib.
Makronun Suriyada qalma istəyini Tramp, qısa zamanda oranı tərk edəcəkləri istiqamətində açıqlamalar yumuşaltdı: “Suriyadan çıxmağı çox istəyirəm, tezliklə evə qayıdacağıq. Güclü və möhkəm iz qoyduqdan sonra Suriyadan çıxacağıq”. Tramp “İrana Aralıq Dənizinə çatmaq imkanı vermərik” iddiasını da çıxışı zamanı səsləndirib. Haqqında “Avropa İttifaqının yeni lider olacaq” spekulyasiyaları qoyulan Makron da Aİ-nin İranla nüvə müqavilələrinin dəyişdirilmədən mühafizə edilməsi istiqamətindəki mövqeyindən geri addım atdı.
Fransa Prezidenti İranla nüvə müqavilənin dəyişdirilməsi üçün ABŞ ilə birlikdə işləmək istədiyini bildirib.
Orxan Aslanlı // A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar