Trampın müşavirindən Kanadanın baş nazirinə qarşı SƏRT SÖZLƏR

Trampın müşavirindən Kanadanın baş nazirinə qarşı SƏRT SÖZLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri Piter Navarro Kanada Baş Naziri Castin Trüdonu hədəf alaraq sərt ifadələr işlədib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Piter Navarro “Prezident Trampla pis niyyətli diplomatiya quran və onu arxasından bıçaqlamağa çalışan bütün xarici liderlər üçün cəhənnəmdə xüsusi bir yer var. Pis niyyətli Castin Trüdo görüntü xarakterinə görə mətbuat konfransı bunu etdi”, – deyə bildirib.

Kanadanın Quebec City şəhərində keçirilən G7 Liderlər Sammitində ABŞ prezidenti Tramp və digər liderlər arasında yaşanan gərginliklər davam edir. ” Castin Trüdonun özü sammitdən ayrıldıqdan sonra keçirdiyi mətbuat konfransında polad və alüminium tariflərini tənqid etməsindən sonra G7 Yekun Bəyannaməsini imzalamayacağını açıqlayıb və sosial mediadan bu paylaşımı etmişdi: “Baş nazir  Castin Trüdo, mən ayrıldıqdan sonra bir mətbuat konfransı keçirib ABŞ gömrük vergilərinin sanki təhqir olduğunu və itilib qaxlımayacağını deyənə qədər G-7 görüşlərimizdə çox mehriban və nəzakətli davrandı. Olduqca iki üzlü və zəif”, – deyə Tramp bildirib.

Ağ Evin iradlarının hədəfi olan Trüdo, keçirdiyi mətbuat konfransında, Kanadalıların Birinci Dünya Müharibəsindən bu yana ABŞ əsgərləri ilə çiyin-çiyinə vuruşduğunu xatırladaraq, ABŞ-ın Kanadadan idxal ediləcək polad və alüminium gömrük vergisi tətbiq etməsini Kanada xalqına “təhqir” kimi qiymətləndirmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar