A24 Xeber

Trampın oğlu: Ailəmizi təhdid edirlər

Trampın oğlu: Ailəmizi təhdid edirlər
26
03 Avqust 2018 - 16:36

ABŞ prezidenti Donald Trampın ikinci oğlu Erik Tramp, bütün Tramp ailəsinin, evlərinə içində “ağ toz” (narkotik maddə) olan paketlər atılaraq təhdid edildiyini söylədi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Erik Tramp, cümə günü Fox News-a verdiyi açıqlamada, “Təhdid olundum, ailəmiz də təhdid edilib. Hamımızın evlərinə “ağ tozlar” atılıb”, – deyə bildirib. Oğul Tramp eyni zamanda ABŞ mediasını atasının hakimiyyəti haqqında mənfi xəbərlər verib onun müsbət tərəflərini yox sayaraq, atasına qarşı şəxsi hücumlara yol açmaqla tənqid edib: “Riyakarlıq xəyal edəbiləcəyiniz hər şeydən fərqlidir, o, bütün ailəmizə hücum edilməsinə yol açır”.

Donald Tramp Jr-ın həyat yoldaşı Vanessa Tramp isə, fevral ayında “ağ toz”lu bir zərf açdıqdan sonra xəstəxanaya aparılmışdı.

Lakin aparılan araşdırma nəticəsində tozun zərərli bir məzmuna sahib olmadığı məlum olmuşdu.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00