Trampın qayınana və qayınatasına “Green Card” çıxdı

Trampın qayınana və qayınatasına “Green Card” çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Hər çıxışı zamanı “Green Card”ın əleyhinə olduğunu dilə gətirən və miqrantları təhqir edən ABŞ prezidentinin xanımı Melanianın ana və atasına “Green Card” çıxıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Amerikanın “Washington Post” qəzetindən məlumat yayılıb.

İrqçi siyasəti ilə tanınan, miqrantları, gəldikləri ölkələri daim təhqir edən və “Green Card”ın ləğv olunmasını istəyən Trampın xanımı Melaniya Trampın anası Amalija və atası Viktor Knavs “Green Card” almaq haqqı qazanıb. Knavsların vəkili Michael Wildes mövzu ilə bağlı açıqlamasında cütlüyün artıq bir müddətdir ki, Yaşıl Kard sahibi olduqlarını bildirib.

Knavs cütlüyünün nə zaman və hansı şəkildə Yaşıl Kart aldıqlarını açıqlamayan Wildes “Xanım Melaniyanın valideynlərinin ABŞ-da qanuni yaşama icazəsi olduğunu təsdiq edə bilərəm. Ancaq müvəkkillərim şəxsi hüquqlarına hörmət edilməsini istəyir” fikirlərini səsləndirib və bu mövzu ilə bağlı daha şərh verməyəcəyini deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar