Trampın xanımının MÜZAKİRƏLƏRƏ səbəb olan GEYİMLƏRİ: 87 minlik pencək... FOTOLAR

Trampın xanımının MÜZAKİRƏLƏRƏ səbəb olan GEYİMLƏRİ: 87 minlik pencək… FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Birinci xanım olan gündən geyimləri ilə müzakirə olunan, hətta bəzi dizaynerlərin siyasi səbəblərlə geyindirməyi rədd etdiyi Melaniya Tramp sonuncu dəfə xaki rəngli gödəkçəsi və arxasında yazılan mesajla gündəmə gəlmişdi.

ABŞ-da ailələrindən zorla alınan miqrant uşaqlarının hazırkı vəziyyətinə nifrət etdiyini deyən Melaniya buna görə Trampın idarəçiliyini tənqid etmişdi. O, Texasda uşaqların qaldığı ərazini ziyarət edəndən sonra Vaşinqtondan təyyarəyə minərkən gödəkçəsinin arxasındakı “I don’t really care, do you?” (Həqiqətən maraqlanmıram, bəs sən?) yazısına xeyli tənqidlər gəldi və sosial mediada trendə çevrildi.

Sosial şəbəkə istifadəçiləri gödəkçənin “Zara” brendinə məxsus olduğunu, qiymətinin isə 39 dollar olduğunu ortaya çıxardı.

Melaniyanın mətbuat xidməti isə geyimdə heç bir gizlin mesajın olmadığını deyərək “first lady”ni müdafiə etdi.

Melaniya Tramp daha əvvələr də geyimləri və mesajları ilə gündəmə gəlmişdi.

Oxu.Az birinci xanımın ən çox müzakirə olunan geyimlərini təqdim edir.

Melaniyanın “Boys and Girls Club of Washington”a abunə olan şagirdlərlə görüşündəki geyimi də müzakirə mövzusu oldu. Ağ Evin həyətində“Balmain” brendinə məxsus 1380 dollarlıq geyimlə tərəvəz toplaması onu tənqid hədəfinə çevirdi.

İrma qasırğasından əziyyət çəkənləri ziyarət etmək üçün Floridaya gedən Melaniyanın həmin bölgəyə yüksək və 12 sm hündürlükdə olan “Manolo Blahnik” brendinə məxsus dikdabanla ayaq basması böyük müzakirə yaratdı. 46 yaşlı eks-model və zinət əşyası yaradıcısının 600 dollarlıq stiletto geyinməsi “vecsizlik” adlandırıldı.

Floridada “Palm Beach” Beynəlxalq Hava limanında Donald Trampın kameraların yaxında olmadığı vaxt həyat yoldaşının əlindən tutması, kameralar önlərinə keçəndən sonra arvadının əlini buraxıb alqış hərəkəti etmək istəməsi və sonradan Melaniyanın əlini tutmaq istəməməsi müzakirələrə səbəb olmuşdu.

Həmin günün digər gündəmi isə Melaniya Trampın həyat yoldaşını qarşılamaq üçün seçdiyi qırmızı geyim idi. “Valentino” imzalı 1980 avro dəyərindəki geyim çox danışılanlar arasında idi.

Donaldla birlikdə Səudiyyə Ərəbistanına gedən Melaniya təyyarəyə narıncı ətəyi və bəyaz bluzu ilə minib. Ancaq “first lady” geyiminə “Səudiyyə Ərəbistanı düzəlişi” etməyi də unutmayıb.

Xanım Tramp Kral Salman ilə görüşə isə qapalı bir əlbisə seçib. Onun qara və uzun bir tulum geyinməsi diqqətdən qaçmayıb.

Melaniyanın Səudiyyə Ərəbistanına başını bağlamadan girməsi isə ABŞ mətbuatında geniş müzakirə olundu.

Birinci xanım Papa Fransisklə görüşərkən “Dolce & Gabbana” imzalı geyim seçmiş və çox danışılmışdı.

Melaniya Donaldla birlikdə getdiyi Siciliya səyahətindəki “Dolce & Gabbana”nın çiçəkli pencəyi ilə diqqət mərkəzində olub. 51 min 500 dollar (təxminən 87 min 500 azn)dəyərindəki pencək dizaynerlər tərəfindən çox bəyənilib.

Trampın andiçmə mərasimində Melaniyanın açıq mavi rəngdə olan geyimi də xeyli diqqət çəkmişdi. “Ralph Lauren” brendinə məxsus bu kombin moda tənqidçiləri tərəfindən yaxşı qiymətləndirilib.

Onlar “first lady”ni ABŞ tarixinin ən populyar və ən çox sevilən birinci xanımı olaraq gördüklərini deyiblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar