A24 Xeber

Trampla Kim Çen Inın görüşü 20 milyon dollara başa gələcək

Trampla Kim Çen Inın görüşü 20 milyon dollara başa gələcək
46
11 İyun 2018 - 10:42

İyunun 12-də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda baş tutacaq sammitin 20 milyon dollara başa gələcəyi bildirilib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə Sinqapurun baş naziri Lee Hsien Loong açıqlama verib.

Belə əhəmiyyətli görüşə və sülhə dəstək vermək üçün bu maddi xərci ödəməyə hazır olduqlarını bildirən baş nazir bu sammitin keçirilməsini son dərəcə dəyərləndirdiklərini və bölgədə sülh və sabitliyin təmin olunmasına kömək edəcək səylərin qarşısını açacağına inandıqlarını deyib.

Sammitin Sinqapurun imicinə müsbət təsir etdiyini vurğulayan Lee “bu zirvə toplantısının ev sahibi olaraq seçilməyimiz – hansı ki bunu biz tələb etdik, onlar bizdən soruşdular və biz də qəbul etdik – Sinqapurun bütün tərəflərlə yaxşı münasibətlərdə olduğunun və beynəlxalaq ictimaiyyət arasında qazandığı hörmətin göstəricisidir” ifadələrini işlədib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla Şimali Koreya ldieri Kim Çen In arasında tarixi görüş iyunun 12-i Sinqapurda baş tutacaq.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00