Trampla Merkelin ilk görüşü təxirə salına bilər

Trampla Merkelin ilk görüşü təxirə salına bilər
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş təxirə salına bilər.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu, Vaşinqtona yaxınlaşan şiddətli qar proqnozu ilə əlaqədardır.

Bu barədə jurnalistlərə məlumat verən Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, hazırda Almaniya tərəfi ilə müvafiq danışıqlar aparılır: “Biz Angela Merkelin səfəri ilə bağlı Almaniya rəsmiləri ilə daim ünsiyyətdəyik. Səfərlə bağlı əlavə məlumat gün ərzində veriləcək”.

Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar