A24 Xeber

Trampla Putinin növbəti görüş vaxtı təyin edildi

Trampla Putinin növbəti görüş vaxtı təyin edildi
18
26 İyul 2018 - 8:52

ABŞ prezidenti Donald Tramp güman edir ki rusiyalı həmkarı Vladimir Putin ilə növbəti görüş Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra, 2019-cu ildə baş tuta bilər.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib.

“Razılaşdıq ki, prezident Putin ilə növbəti ikitərəfli görüş prokuror Müllerin araşdırması başa çatdıqdan sonra, yəni gələn ilin yanvarın 1-dən sonra gerçəkləşsin”, deyə C.Bolton bildirib.

Qeyd edək ki, iyulun 19-da D.Tramp Con Boltona Rusiya prezidentini Vaşinqtona dəvət etməyi tapşırıb.

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. O, Kremlin seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00