A24 Xeber

Trudeau: Kanada Trampın qum torbası deyil

Trudeau: Kanada Trampın qum torbası deyil
36
03 İyun 2018 - 23:20

Kanada Baş Naziri Justin Trudeau ABŞ rəhbərliyinin polad və alüminium idxalına qarşı yeni gömrük vergisi tətbiqinə Kanadanı da daxil etməsinə sərt reaksiya verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Kanada Bələdiyyələr Federasiyasının illik toplantısında çıxışı zamanı, ABŞ-ın yeni gömrük vergisi tətbiq etməsinə Kanadanı da daxil etməsini narazılıqla qarşılayıb.

“Kanada ABŞ prezidentinin qum torbası deyil”, – deyə Justin Trudeau bildirib. ABŞ prezidenti Donald Trampın, qərarına səbəb kimi milli təhlükəsizlik tədbirlərini göstərdiyini ifadə edən Justin Trudeau, “Kanadanın polad sənayesinin ABŞ-a qarşı milli bir təhlükəsizlik riski yaratdığını demək bizə təhqirdir”, – deyə vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00