A24 Xeber

Trump Ərdoğan haqda: “Böyük xəyal qırıqlığına uğradım”

Trump Ərdoğan haqda: “Böyük xəyal qırıqlığına uğradım”
48
31 Avqust 2018 - 17:19

ABŞ prezidenti Donald Tramp Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın onu çox məyus etdiyini deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp “Bloomberg News” televiziyasına danışıb. O, İsrailin bir türk vətəndaşını sərbəst buraxması üçün kömək etdikdən sonra amerikalı keşiş Endryu Brunsonun azad edilməməsini “şəxsi olaraq xəyal qırıqlığı içindəyəm” deyə qiymətləndirib.

“Birini onun üçün geri göndərdim. Böyük xəyal qırıqlığına uğradım, amma hər şeyin necə həll edəcəyinə baxacağıq”, – deyə Tramp qeyd edib. Digər tərəfdən, “Bloomberg” Trampın əvvəl Brunson barədə danışmaq istəmədiyini və “bu məsələ mənim üçün çox xüsusidir” dediyini, sonra isə baş verən prosesdən qısaca bəhs etdiyini bildirib.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00