A24 Xeber

Tualetdə telefonla oturanların nəzərinə – Risk altındasınız!

Tualetdə telefonla oturanların nəzərinə – Risk altındasınız!
253
29 Yanvar 2018 - 16:28

Heç kim inkar etməsin. Ən sevdiyiniz şeylərdən biri də tualetdə oturan zaman telefonda sosial şəbəkələrə girib baxmaqdır. Hətta hazırda bu yazını tualetdə oturarkən oxuya bilmə ehtimallarını artırır. Anlayırıq, tualetə telefonla girmək əyləncəli gələ bilər, amma bu, bir çox mikrobu yaymağın, sizi və ətrafınızda olan insanların həyatını risk altına atmaq deməkdir.

“A24.az” bildirir ki, aparılan araşdırmalara görə mobil telefonların 95 faizi bakteriyaları özündə toplayan başlıca vasitədir. Arizona Universitetində aparılan araşdırmaya görə isə telefonlarımızda olan bakteriyalar tualetdəki unitazlardan 10 dəfə çoxdur. Üstəlik telefonla sadəcə bakteriya daşıyıcısı deyil, həm də onları başqalarına ötürür. Məsələn, qrip olan zaman telefonunuzdan istifadə edirsiniz. Qrip mikrobları ağzınız və tüpürcəkləriniz vasitəsi ilə  telefonunuzda özünə yer edir və 24 saat ərzində orda yaşamağa davam edir. Odur ki, sizin telefonunuzla başqa birisi danışdığı və ya əlinə aldığı zaman qripə tutulması qaçılmazdır.

Çöldə tualetdən istifadə edərkən telefonunuzla girdiyiniz zaman bu vəziyyət daha da pisləşir. Çünki tualetin qapı tutacağından tutmuş, sabuna kimi hər yerdə milyonlarla bakteriya var. Siz əllərinizi yumaqla bu təmasın izlərini silməyə çalışırsınız, ancaq telefonunuzu yuya bilmədiyiniz üçün həmin mikroblar sizinlə birlikdə addımlamağa davam edəcək.

Təqribən bir insan mobil telefonuna hər gün ən azı 2.600 dəfə toxunur. Bu isə infeksiyaların ortaya çıxa bilməsi üçün ən gözəl fürsətdir. Əlbəttə bu, xəstəliyə tutulma riskinizi dəhşətli dərəcədə artırmır, ancaq “E.coli” kimi bir xəstəliklə qarşılaşmanız sizin tez-tez qarın ağrısı yaşamanıza səbəb ola bilər.

Mütəxəssislər şəkərli diabet, kimyaterapiya və ya başqa ciddi xəstəliklərdən dolayı müalicə alan yaşlı və gənclərə bu mövzuda diqqətli olmalarını vurğulayır. Əgər bu vəziyyətdəsinizsə, təmizliyinizə hər kəsdən daha çox diqqət yetirməlisiniz.

Mobil telefonunuzun sizi xəstə etmə riskini azaltmaq üçün tualetdə olan zaman telefonunuza toxunmamağınız, əllərinizi yaxşı yuyub quruladıqdan sonra telefonunuzu tez-tez təmizləməyiniz lazımdır. Bunun üçün spirtli dəsmallardan istifadə edərək bu təmizliyi davamlı olaraq edə bilərsiniz.

Unutmayın, bakteriya ilə zəngin olan telefon sizi öldürməsə də, bu bakteri yükü ilə gəzmək tualetdən əllər yumadan çıxmaq kimidir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00