"Tufan" xidməti-döyüş fəaliyyətinə başladı

“Tufan” xidməti-döyüş fəaliyyətinə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 30-da baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-nin mətbuat mərkəzindən A24.Az-a bildiriblər ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycan sərhəd mühafizəsi strategiyasının müəllifi dahi öndər Heydər Əliyevin 95 illik yubileyinə təsadüf etməsi bu günü daha da əlamətdar edib.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar