A24 Xeber

Tünzalə Ağayevanın adı mənfilər arasında birinci oldu – ANALİZ

Tünzalə Ağayevanın adı mənfilər arasında birinci oldu – ANALİZ
118
04 İyun 2018 - 14:53

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən şou-biznes nümayəndələri ilə bağlı may ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 8841 xəbər yerləşdirilib. Bu xəbərlərdən 31-i mənfi,  47-si müsbət,  8763-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Tünzalə Ağayeva (15 xəbər – Nura Suri Tünzalə Ağayevanı ifşa etdi), Nura Suri (8 xəbər – Tünzalədən Nuraya sərt sözlər), Röya Ayxan (7 xəbər – Flora Kərimova Röyanı BİABIR ETDİ). Müsbət xəbərlər isə Miri Yusif (19 xəbər – Prezident İlham Əliyev incəsənət xadimlərini fəxri adlarla təltif edib), Könül Kərimova (18 xəbər – Prezident İlham Əliyev incəsənət xadimlərini fəxri adlarla təltif edib) və Eyyub Yaqubova (10 xəbər – Prezident İlham Əliyev incəsənət xadimlərini fəxri adlarla təltif edib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1Rəqsanə İsmayilova469 xəbər
2Röya Ayxan462 xəbər
3Aygün Kazımova351 xəbər
4Tünzalə Ağayeva300 xəbər
5Əli Mirəliyev250 xəbər
6Roza Zərgərli230 xəbər
7Elza Seyidcahan229 xəbər
8Nadir Qafarzadə222 xəbər
9Alim Qasımov203 xəbər
10Günay İbrahimli199 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 709 neytral xəbər dərc edilib. May ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Tünzalə Ağayeva37 xəbər
2Alim Qasımov35 xəbər
3Aygün Kazımova34 xəbər
4Röya Ayxan30 xəbər
5Rəqsanə İsmayilova22 xəbər
6Natəvan Həbibi21 xəbər
7Nadir Qafarzadə17 xəbər
8Lalə Məmmədova16 xəbər
9Zamiq Hüseynov16 xəbər
10Tarix Əliyev15 xəbər

May ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 157 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Eyyub Yaqubov28 xəbər
2Tünzalə Ağayeva24 xəbər
3Zülfiyyə Xanbabayeva19 xəbər
4Nura Suri18 xəbər
5Ədalət Şükürov18 xəbər
6Brilliant Dadaşova13 xəbər
7Alim Qasımov10 xəbər
8Röya Ayxan8 xəbər
9Miri Yusif6 xəbər
10Elçin Cəfərov2 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00