Türk əsgəri Menbiçdə-Foto

Türk əsgəri Menbiçdə-Foto
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

A24.Az APA-ya istinadla xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni andahavada ABŞ helikopterləri uçmağa başlayıb.

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar