A24 Xeber

Türkiyə kanallarından birində çıxış edən sabiq general İhsan Başbozkurt Türkiyənin Rusiyaya niyə tam da güvənməməsini izah edib.

“A24.az” xəbər verir ki, danışığı zamanı general bildirib ki, Rusiyanın hər zaman bütün siyasi mənfəətində arxa və ön bağçası var. O, Azərbaycan, Tacikistan və Qırğızıstanın Rusiyanın Qafqazda arxa bağçası olduğunu deyib:

“Amma Rusiyanın Qafqazda ön bağçası Ermənistan və Qazaxıstandır. Həmin iki dövləti müxtəlif şəkildə qoruyur. Dolayısı ilə mən hər zaman Rusiya üçün bunu deyirəm: “şübhə ağlın yarısıdır”. O məntiqdən hərəkət etmək lazımdır. Çünki uzun illərdir Azərbaycanın Dağlıq Qarabağda işğal edilmiş ərazisi, 1 milyona yaxın əhalisi hələ də torpaqlarından didərgin düşüb. Ermənistanın bu zalımlığına Rusiya şəxsən özü dəstək verir, hətta Ermənistanı özü qoruyur. Rusiya bu mövzuda səmimi deyil. Əlbəttə, Türkiyə mövzusunda Rusiya ilə bir masa arxdasında oturacağıq, amma Rusiya bəzi mövzularda – haqq, hüquq və ədalət məsələsində , təəssüflər olsun ki, istiqamətini düzgün götürə bilmir. Ən sadə nümunə də Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsidir”.

“A24.az” türk generalın izahını videoda təqdim edir:

A24.az / MTM

Türkiyə kanallarından birində çıxış edən sabiq general İhsan Başbozkurt Türkiyənin Rusiyaya niyə tam da güvənməməsini izah edib. “A24.az” xəbər verir ki, danışığı zamanı general bildirib ki, Rusiyanın hər zaman bütün siyasi mənfəətində arxa və ön bağçası var. O, Azərbaycan, Tacikistan və Qırğızıstanın Rusiyanın Qafqazda arxa bağçası olduğunu deyib: “Amma Rusiyanın Qafqazda ön bağçası Ermənistan və […]

Türk general Rusiyaya güvənməməyi Azərbaycan üzərindən bu cür izah etdi – VİDEO

428