Türk güləşçidən möhtəşəm QƏLƏBƏ: erməni rəqibinin kürəyini belə yerə vurdu – VİDEO

Türk güləşçidən möhtəşəm QƏLƏBƏ: erməni rəqibinin kürəyini belə yerə vurdu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

23 yaşa qədər olan Avropa Güləş Çempionatının 3-cü günündə türk idmançı Rusiyanı təmsil edən erməni rəqibini məğlub edərək qızıl medal qazanıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, 60 kq çəkidə olan Kerem Kamal bu qələbəsiylə 5-ci dəfə Avropa Çempionu olub.

Qeyd edək ki, İstanbul Bağcılar Olimpiya Kolmpleksi Avropa Güləş Çempionatına ev sahibliyi edir. İyunun 10-da başa çatacaq çempionatın 3-cü günündə 60, 67, 72, 82 və 97 kq çəkidə olan idmançılar yarışıb.

Türkiyə güləşçilərindən 19 yaşlı Kerem Kemal finalda Rusiyanı təmsil edən erməni rəqibi Artur Petrosyanı 6-3 məğlub edib.

Qarşılaşma zamanı türk güləşçinin göstərdiyi persormans isə möhtəşəmliyi ilə diqqət çəkib. Belə ki, işlətdiyi fənddən dolayı erməni rəqibinin kürəyini məharətlə yerə vuran türk güləşçiyə rəqibinin məşqçiləri yarış zamanı etiraz edib. Bu zaman fasilə elan edilib və hakimlər qarşılaşmanı yenidən nəzərdən keçirib. Hər şeyin düzgün olduğunu görən hakimlər 4 xal fəndə və 1 xal da edilən etiraza görə türk idmançıya 5 xal veriblər.

“A24.az” türk güləşçinin qələbəsini təqdim edir:

A24.az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar