A24 Xeber

Türk həkimlər komadakı rus turistin ailəsindən 8 milyon tələb edir

Türk həkimlər komadakı rus turistin ailəsindən 8 milyon tələb edir
48
05 May 2018 - 23:51

Türkiyədə infarkt keçirərək komaya girən rus turist Sergey Tsurkukun müalicə aldığı özəl xəstəxana rəhbərliyi, turistin ailəsindən 8 milyon rubl (təxminən 130 min dollar) tələb etdiyi öyrənilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ural regionundan Sergey Tsurkuk adlı turistin Alanyada infarkt keçirərək komaya düşdüyü Rus mətbuatında da yazılıb.

Rusiya mətbuatındakı xəbərlərə görə Tsurkukun keçmiş həyat yoldaşı Larisa, onu otel otağındakı vannada tapıblar və dərhal təcili yardım çağırıblar. Həkimlər ürəyi masaj edərək, onu xəstəxanaya aparıblar.

Larisanın dediklərinə görə həkimlər, kritik vəziyyətdə olan Tsurkuk üçün hər hansı bir proqnoz verməkdən çəkinir.

Xəstəxananın 1 günlük xərcinin 6 min dollar olduğunu deyən Larisa, rəhbərliyin indiyə qədər 8 milyon rublluq (təxminən 130 min dollar) hesab çıxardığını bildirib.

Rus turistin həyat yoldaşı, sığorta şirkətinin, Tsurkukun qanında spirt müəyyən edildiyini əsas gətirərək bunun siğortaya aid olmadığını əsas göstərərək xəstəxana xərclərini qarşılamağı rədd etdiyini bildirib. Komadakı Tsurkukun ana və atasının, Rusiya səfirliyinin köməyi ilə oğulunu geri aparmaq ümidi ilə Türkiyəyə gələcəkləri deyilir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00