Türk Hərbi Hava Qüvvələrinin "Solo Türk"ü Azərbaycan səmasında görünəcək 

Türk Hərbi Hava Qüvvələrinin “Solo Türk”ü Azərbaycan səmasında görünəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupunun Azərbaycana səfərinin vaxtı dəyişib.

A24.Az xəbər verir ki, bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 sərgisində nümunəvi uçuşlar həyata keçirən “Solo Türk” qrupundan məlumat verilib.

Onun sözlərinə görə, aviaqrupun Bakıya səfəri may ayının 28-nə – Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümünə planlaşdırılsa da, sonradan bu iyun ayının 26-na keçirilib.

“Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlər çərçivəsində Bakı şəhərinin üzərində uçuş edəcəyik. Qardaş Azərbaycanın pilotları ilə birlikdə, Azərbaycan Ordusunun yüz illiyini qeyd etmək, Bakı səmasında uçmaq bizim üçün də bir tarix və qüruruverici hadisədir”, – deyə qrupdan bildiriblər.

Qeyd edək ki, 21 avqust 2001-ci il tarixində Türkiyə HHQ-nin “Türk Yıldızları” akrotimi (akrobatik qrupu) Bakı səmasında uçuş edib. “Türk Yıldızları” akrotiminin Bakı uçuşları eyni zamanda bir milyondan artıq insanın izlənməsi ilə dünya rekordu hesab edilir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar