A24 Xeber

Türkiyə mediası Prezident İlham Əliyevin mətbuat konfransında Ərdoğana etdiyi dəvətini iyunda keçiriləcək prezident seçkilərinin nəticəsi ilə əlaqələndirib.

“A24.az” xəbər verir ki, konfransda Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə ilk səfərini yüksək dəyərləndirib və iyunda keçiriləcək seçkilərdən sonra onun da ilk olaraq Azərbaycana səfər edəcəyini deyib.

Türk mediası qeyd edib ki, İlham Əliyevə söz veriləndə o da Ərdoğanı prezident seçkilərindən sonra Azərbaycana gəlməyə dəvət edib. Ərdoğan da dəvətə müsbət cavab verib. Xəbərdə bildirilib ki, İlham Əliyev 24 iyunda gerçəkləşdiriləcək seçkilərin nəticəsini indidən elan edib. Xəbərin başlığı isə “Aliyevdən erken seçim tahmini” qoyulub.

“A24.az” Türkiyə mediasında yayımlanan video xəbəri təqdim edir:

A24.az / MTM

Türkiyə mediası Prezident İlham Əliyevin mətbuat konfransında Ərdoğana etdiyi dəvətini iyunda keçiriləcək prezident seçkilərinin nəticəsi ilə əlaqələndirib. “A24.az” xəbər verir ki, konfransda Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə ilk səfərini yüksək dəyərləndirib və iyunda keçiriləcək seçkilərdən sonra onun da ilk olaraq Azərbaycana səfər edəcəyini deyib. Türk mediası qeyd edib ki, İlham Əliyevə söz veriləndə o […]

Türk mediası: “İlham Əliyev dəvəti ilə Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsini elan etdi” – VİDEO

88