Türk mediası İlham Əliyevin təbrikindən danışdı - İLK Azərbaycan oldu - VİDEO

Türk mediası İlham Əliyevin təbrikindən danışdı – İLK Azərbaycan oldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bildiyimiz kimi ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Ərdoğan 52,5 faiz səs çoxluğu ilə yenə Türkiyənin lideri olub.

“A24.az” xəbər verir ki, Türkiyə mediasında çıxan xəbərlərə görə, 24 iyunda gerçəkləşdirilən seçkilərdə zəfərindən dolayı Ərdoğanı təbrik edən ilk ölkə başçısı İlham Əliyev olub.

Ərdoğana zəng edərək qələbəsini təbrik edən Azərbaycan prezidenti İlham Əliyev məktub da ünvanlayıb. Məktubunda isə Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərində yenidən prezident seçilən İlham Əliyev də ilk rəsmi səfərini Türkiyəyə etmişdi. İlham Əliyev səfər çərçivəsində mətbuat konfransında çıxışı zamanı Türkiyədəki prezident seçkilərindən sonra Ərdoğanı Azərbaycana dəvət etmişdi.

“A24.az” türk mediasında yayımlanan videoxəbəri təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar