Türk ordusu Afrində xalqa səmadan mesajlar göndərdi - Mesajda bildirilir...

Türk ordusu Afrində xalqa səmadan mesajlar göndərdi – Mesajda bildirilir…
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Silahlı Qüvvətləri terror təşkilatı PKK / YPG-ni Afrindən təmizləmək və xalqı dincliyə qovuşdurmaq üçün Zeytun budağı əməliyyatına tam sürətiylə davam edir.

A24.az xəbər verir ki, Suriyanın şimal bölgəsi olan Afrini işğal edən terroristləri zərərsizləşdirmək üçün addım-addım mərkəzə doğru irəliləyən TSQ xalqa birlik çağırışı edib.

TSQ Azad Suriya Ordusu ilə 20 Yanvardan bu yana Afrində başladığı Zeytun budağı hərəkatı çərçivəsində bölgə xalqına istiqamətli türk, ərəb və kürt dilində hazırlanan bildirişləri havadan atıb.

TSQ-nin, xalqa PKK / PYD və İŞİD terror təşkilatlarına qarşı birlikdə mübarizə çağırışı “Bismillahir rahmənir rahim” ilə başlayıb. “Afrinli Qardaşlarımız” deyə xitab edilən məlumatda bölgədə sülh, dinclik, güvən və rifahın təmin olunması üçün birlikdə iş görmək çağırışı verilib.

Məlumatda həmçinin bildirilib: “Qonşusuna silah çəkən, məscidlərimizi yıxan, xain PKK / PYD / YPG və İŞİD terroristlərinin təzyiq və zülmünə son vermə zamanıdır. Terroristlərin övladlarınızı istifadə etməsinə icazə verməyin. Terroristlərə ‘dur’ deməyin vaxtı gəlib. Afrin Afrinilərdir. Allahın izni ilə Afrində sülh, sağlamlıq, güvən və bolluq içində olan günlərə.”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar