A24 Xeber

Türk Ordusu Afrinə girmək üçün veriləcək əmri gözləyir

Türk Ordusu Afrinə girmək üçün veriləcək əmri gözləyir
98
09 Mart 2018 - 14:32

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatının 49-cu günündə bölgənin 60 faizinin terrorçulardan təmizləndiyi açıqlanıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, çətin hava şəraiti və yollarda TSQ bu müddət rəzində sürətlə hədəfinə doğru irəliləyərək nəzarəti ələ alıb.

Terrorçuların Türkiyəyə sızmasının qarşısını almağa çalışan TSQ əvvəlcə bu cəbhənin təhlükəsizliyini təmin edib, daha sonra bölgənin terrorçularla dolu 6 bölgəsindən 5-ni ələ keçirib.

Yanvarın 20-dən başladılan “Zeytun budağı” əməliyyatında  Suriyanın Afrin bölgəsinin böyük hissəsi tamamilə terrorçulardan təmizlənib. Yerdə qalan ərazilərdə TSQ qoşunları güclənməyə davam edərkən, hər tərəfdən mühasirəyə alınan Afrin artıq hədəf alınmış vəziyyətdədir. Artıq bölgədə ələ keçiriləcək çox kənd qalmayıb. Türk Ordusu əməliyyat üçün qərargahdan veriləcək əmri gözləyir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00