Türk Ordusu Afrini tamamilə mühasirəyə aldı - Bütün kəndlər terrorçulardan təmizləndi

Türk Ordusu Afrini tamamilə mühasirəyə aldı – Bütün kəndlər terrorçulardan təmizləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Silahlı Qüvvələri yanvarın 20-dən davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin şəhər mərkəzini hər tərəfdən mühasirəyə alındığını açıqlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrinin ətrafında olan bütün kəndlər terrorçulardan tamamilə təmizlənib.

TSQ tərəfindən verilən açıqlamada “əməliyyat zamanı gerçəkləşdirilən hərəkat nəticəsində 12 mart 2018 tarixindən etibarən Afrin şəhər mərkəzi hər tərəfdən mühasirəyə alınıb, sonrakı əməliyyat üçün vacib əhəmiyyətə malik bölgələr ələ keçirilib. Əməliyyat başlayandan bu günə qədər 3393 terrorçu zərərsizləşdirilib” deyə bildirib.

Afrinin yaxınlığında yerləşən Kocakarin kəndindəki 15 terrorçu da əməliyyat zamanı məhv edilib. TSQ və ASO cənubdan şəhərin mərkəzini tərk etmək istəyən yerli əhali üçün təhlükəsizlik dəhlizi yaradılıb. Mövcud təpələri ələ keçirərək Afrini görən türk əsgərləri pilotsuz uçuş aparatları ilə şəhəri izləməyə başlayıb.

Mühasirəyə alınan Afrinin xəritədə görüntüsü…

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar