A24 Xeber

Türk Ordusu Orta Şərqin ən güclüsü seçildi – “Global Firepower” və “Forbes”

Türk Ordusu Orta Şərqin ən güclüsü seçildi – “Global Firepower” və “Forbes”
180
28 Fevral 2018 - 12:33

Dünyanın ən güclü ordularını toplayan “Global Firepower” Orta Şərqin ən güclü ordusu olaraq Türkiyəni yazıb. “Forbes” isə siyahını jurnalın ilk səhifəsində dərc edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müharibənin və xaosun hakim olduğu Orta Şərqdə qüvvətli olmaq, sağlam  durmaq ən çətin məsələlərdən biridir.  Hazırda bu coğrafiyada baş verənlər, hər ölkədə yaşanan qeyri-sabitlik və vətəndaş müharibələri regiondakı ölkələri hərbi sahədə güclənməyə vadar edir.

Dünyanın ən güclü ordularını təsbit edən “Global Firepower” Orta Şərqin ən güclü ordularını seçib. Siyahıda ilk yeri Türkiyə tutub. Düyanın ən nüfuzlu iqtisadiyyat jurnalı olan “Forbes” isə siyahını ilk səhifəsində dərc edib.

Türkiyənin bu uğuru onun üçün gözlənilməz olmayıb. Ancaq bölgə üzrə dəyərləndirmə edəndə təbii ki, zəngin Səudiyyə Ərəbistanı və texnologiyada irəli gedən İsrail olanda, son 15 il ərzində edilən naliyyətlər ilə bu yerə gəlib çatan Türkiyə üçün Orta Şərqdə əldə edilən bu uğur olduqca əhəmiyyətlidir. Belə ki, Türkiyənin 80 milyard dollarlıq sağlam büdcəsi və 356 min nəfərlik ordusuyla siyahıda 0.2491 xalla birincilik qazanıb. Sonrakı yerlərdə Misir və İsrail yer alıb. Milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, Səudiyyə Ərəbistanı  5-ci yerdə qərarlaşıb. Müharibə şəraitində olan Suriya 7-ci,  BƏƏ isə 10-cu olub.

Lakin Türkiyənin bu uğuru təkcə Orta Şərqlə bitmir, eyni zamanda dünya siyahısında da 8-ci yerdə qərarlaşır. İlk üç sırada ABŞ, Rusiya və Çinin olduğu siyahıda Türkiyə və Almaniya da daxil olub.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00