A24 Xeber

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə PYD/PKK terrorçuları arasında Suriyanın Afrin rayonu yaxınlığında baş verən toqquşmalarda maraqlı anlar yaşanıb.

“A24.az”ın məlumatına görə, türk hərbçiləri yüksəklikdə qurduqları mövqelərdə ACV-15 zirehli döyüş maşınının kartondan hazırlanmış maketini yerləşdiriblər.

Kürd terrorçuları isə maketi həqiqi texnika zənn edərək Amerika istehsalı olan TOW tank əleyhinə raketlə ona atəş açıblar.

PYD-nin yayımladığı videoda raket atışı və hədəfin vurulması əksini tapıb. Lakin vurulan “hərbi texnika”da heç bir partlayış, alov və tüstü görünmür. Hədəf poliqondakı maket kimi aşağı enir.

Hərbi paylaşımları və analizləri ilə diqqət çəkən Yusuf Akbaba adlı şəxs özünün “Twitter” hesabında həmin videonu paylaşaraq “Zavallılar kartondan tank vurub əylənirlər.Bunun bütün səbəbi içdikləri o dərmanlardır”, yazıb.

AzeriDefence

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə PYD/PKK terrorçuları arasında Suriyanın Afrin rayonu yaxınlığında baş verən toqquşmalarda maraqlı anlar yaşanıb. “A24.az”ın məlumatına görə, türk hərbçiləri yüksəklikdə qurduqları mövqelərdə ACV-15 zirehli döyüş maşınının kartondan hazırlanmış maketini yerləşdiriblər. Kürd terrorçuları isə maketi həqiqi texnika zənn edərək Amerika istehsalı olan TOW tank əleyhinə raketlə ona atəş açıblar. PYD-nin yayımladığı videoda […]

Türk Ordusu PKK-lılarla əyləndi – Kartondan tank hazırlayıb hədəfə qoydular – VİDEO

248