Türk Ordusu şəhid verib

Türk Ordusu şəhid verib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı türk hərbçisi həlak olub.

“A24.az”ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata əsasən, bu barədə məlumatı ölkənin Baş Qərargahı yayıb.

Qeyd olunur ki, Cenderis rayonunda keçirilən əməliyyat zamanı Türk Ordusunun daha bir əsgəri yaralanıb.

Qərargah həmçinin qeyd edib ki, daha dörd kənd terrorçulardan azad olunub. “Beləliklə, gün ərzində azad olunan kəndlərin sayı 12-ə çatıb”, deyə Qərargah bildirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar